“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib

“Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib
  09 Mart 2024    Oxunub:998
Beynəlxalq Xizək Alpinizm Federasiyası (ISMF), Qış idman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışına start verilib.
Azərbaycanda bu idman növü üzrə ilk dəfə keçirilən beynəlxalq yarışda əvvəlcədən qeydiyyatdan keçən 11 ölkənin 60-dək idmançısı iki gün ərzində birincilik uğrunda mübarizə aparacaqlar.

Turnirin ilk günündə idmançılar sprint yürüşü üzrə güclərini sınayıblar.

Qaliblər Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən medal və kuboklarla təltif olunacaq.

Turnirin keçirilməsində əsas məqsəd ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Qış İdman Növləri Federasiyasının rəsmiləri iştirak ediblər.

Yarış martın 10-da vertikal növ üzrə davam edəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti