Fələstin millisinin keçmiş üzvü Qəzzada öldürüldü

Fələstin millisinin keçmiş üzvü Qəzzada öldürüldü
  12 Mart 2024    Oxunub:839
Fələstinli futbolçu Məhəmməd Barakat Qəzza zolağında Xan Yunis şəhərinin atəşə tutulması nəticəsində həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatında vurğulanır ki, 39 yaşlı idmançının ailəsinin də olduğu ev atəşə tutulub.

Karyerasında 114 qol vuran və “Xan Yunis əfsanəsi” kimi tanınan Barakat Fələstin millisində bir neçə oyun da keçirib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket ataraq “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan etdi.

Minlərlə yaraqlı qısa zamanda İsrail ərazisinin bir qismini işğal edərək hərbi texnikaları və 200-dən çox insanı girov götürdü. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqladı. Daha sonra İsrail Müdafiə Qüvvələri “Dəmir Qılınclar” adlı cavab əməliyyatına başlayaraq əraziləri terrorçulardan təmizlədilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fələstin   İsrail  





Xəbər lenti