"Bayer" - "Qarabağ" oyunu məşhur hakimə tapşırıldı

   "Bayer" - "Qarabağ" oyunu məşhur hakimə tapşırıldı
  12 Mart 2024    Oxunub:1379
Avropa Liqasının 1/8 finalında keçiriləcək "Bayer" - "Qarabağ" cavab oyununa hakim təyinatları açıqlanıb.
AzVision.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İngiltərə Futbol Assosiasiyasından Entoni Teylor idarə edəcək. Ona həmyerliləri Qari Besuik və Adam Nann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.

Qeyd edək ki, İngiltərə və Avropanın məşhur hakimlərindən olan Entoni Teylor 2020-ci ildə UEFA Superkubokunu ("Bavariya" - "Sevilya" matçı), 2023-cü ildə isə Avropa Liqasının finalını ("Sevilya" - "Roma" görüşü) idarə edib.

Martın 14-ü keçiriləcək "Bayer" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti