Bu fikirləri Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. Onun sözlərinə görə, bu klub artıq xaricdə yaşayayan soydaşlarımızı siyasi, ideoloji düşüncəsindən aslı olmayaraq hər kəsi birləşdirir: "Dünən stadionda 1000-dən çox azarkeş var idi. Bu amilin özü çox şeyi ifadə edir. Gələcəkdə Avropada "Qarabağ"ın böyük fan klublarının yaradılmasını düşünmək olar. Oyunqabağı koordinasiya işlərini gücləndirə bilərlər. Məncə, bu "Qarabağ" üçün böyük mənəvi-psixoloji dəstək olar. Bu klubu daha da gücləndirmək lazımdır. Bunun üçün mütləq yaxşı hücumçular alınmalıdır. Maliyyə də var. Məşhur legionerlər də bu klubda oynamaqda maraqlı olarlar".
AzVision.az