AFFA-dan “İrəvan” klubu ilə bağlı qərar
Toplantıda aşağıdakı qərarlar qəbul edilib:
“İrəvan” Futbol Klubu tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilsin, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək A.Əlizadəyə ödənilsin.
“İrəvan” Futbol Klubu tərəfindən Jidkov Aleksandr Vitalyeviçə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği birdəfəlik qaydada A.Jidkova ödənilsin.
İrəvan” Futbol Klubu ilə Tağıyev Cavid Qabil oğlu arasında mövcud olan müqaviləyə xitam verilsin.
AzVision.az
Teqlər: