Güləşçilərimiz turnirdə 10 medal qazanıblar
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik Heybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medal əldə ediblər.
Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.
“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.
AzVision.az
Teqlər: idman güləş qızıl medal qızılqızılmedalmedal