“Turqut Özal şəhiddir”

“Turqut Özal şəhiddir”
  17 Aprel 2013    Oxunub:1725
Türkiyənin eks-prezidenti Turqut Özalın ölümünün ildönümü mərasiminə qatılan həyat yoldaşı Semra Özal mərhum ərinə şəhid statusu verilməsini iddia edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Semra Özal həyat yoldaşının şəhid kimi qeydiyyata alınmasının zəruriliyini vurğulayaraq, Özalın vəzifəsini yerinə yetirdiyi zaman sui-qəsd qurbanı olduğunu və həqiqi şəhid olduğunu dilə gətirib.

Bu barədə jurnalistlərə danışan Səmra Özal, tək dərdinin mərhum ərinin şəhidlik zirvəsinə yüksəlməsi olduğunu bildirib.

Qeyd dək ki, Turqut Özalın cəsədi prezidentin qohumlarının istəyi və ölkə Baş Prokurorluq idarəsinin göstərişi ilə məzardan çıxarılıb və ekspertizadan keçirilib. Ekspertiza nəticəsində eks-prezidentin sui-qəsd qurnabı olduğu, zəhərlənərək öldüyü sübut olunub.



Teqlər:  





Xəbər lenti