Monqolustanda dəm qazından 10 nəfər ölüb

   Monqolustanda dəm qazından 10 nəfər ölüb
  23 Mart 2024    Oxunub:1072
Monqolustanın paytaxtı Ulan-Batorda dəm qazından zəhərlənmə şübhəsi ilə 10 nəfər ölüb.
Bu barədə “Sinxua” agentliyi polisə istinadən məlumat yayıb. Yaşı 29 ilə 55 arasında dəyişən şəxslər bacadan daxil olan dəm qazı nəticəsində ölüblər.

Vurğulanıb ki, Monqolustanda mənzillərin keyfiyyəti aktual məsələdir. Paytaxt sakinlərinin yarıdan çoxu yurdlarda yaşayır və onlar isinmək üçün təkrar emal olunmuş yanacaq və tez alışan materiallardan istifadə edirlər.


AzVision.az


Teqlər:





Xəbər lenti