Münhendə aksiya keçirdik - FOTOLAR

Münhendə aksiya keçirdik - FOTOLAR
  17 Aprel 2013    Oxunub:1501
Almaniyada yaşayan azərbaycanlılar irqi ayrı-seçkiliyə qarşı etiraz nümayişi keçirib
Diasporla İş üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün Almaniyada yaşayan azərbaycanlılar türk diasporuna dəstək məqsədilə Münhen şəhərində irqi ayrı-seçkiliyə, millətçiliyə qarşı etiraz nümayişi keçiriblər.

Avropa azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkil etdiyi aksiya Münhen Baş Əyalət Məhkəməsinin qarşısında baş tutub. Təxminən 600-dək soydaşımızın qatıldığı izdihamlı mitinqin iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları tuturaq “Günahsız insanlara qarşı terror aktlarına son qoyulsun!”, “Ədalətli mühakimə tələb edirik!”, “Demokratik dəyərlərinizi doğruldun!” kimi şüarlar səsləndiriblər. Mitinqdə iştirak edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri irqi ayrı-seçkiliyi, millətçiliyi pisləyən bəyanatlarla çıxış ediblər.
Almaniyadakı Azərbaycan diasporunun millətçiliyə qarşı etiraz aksiyası “Millətçi-sosialist məxfiliyi” təşkilatı (“Nationalsozialistische Untergrund”) üzvlərinin məhkəmə prosesi ilə bağlıdır. Bu təşkilat 8 türk və 1 yunan vətəndaşının, eləcə də 1 polisin ölümü ilə nəticələnən irqçilik zəminində cinayətlər törətməkdə təqsirli bilinir. Bu səbəbdən məhkəmə prosesini Almaniyada yaşayan türklərlə yanaşı, azərbaycanlılar da diqqət mərkəzində saxlayır. AFR-dəki Azərbaycan diasporu türklərin bu cür amansızlıqla öldürülməsini öz həmyerlilərinin qətlə yetirilməsi kimi qəbul edir.

Azərbaycan diasporunun təşkil etdiyi etiraz nümayişinin sonunda Münhen Baş Məhkəməsinə ünvanlanan bəyanat qəbul olunub. Bəyanatda millətçiliyə, irçiliyə, həmçinin Almaniyadakı türklərin və ümumiyyətlə, bütün Türkiyənin, eləcə də azərbaycanlıların diqqətində olan məhkəmə prosesinə türk mediasının, öldürülən türklərin ailə üzvlərindən heç kimin buraxılmamasına etiraz bildirilir.
Qeyd edək ki, Münhen məhkəməsi prosesə türk mediasının buraxılmaması ilə bağlı
Almaniyadakı türk və Azərbaycan diasporunun həssaslığını, etiraz dalğasının böyüməsi, həmçinin Rəsmi Ankaranın işə qarışmasını nəzərə alaraq jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxacaq. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar bu günə təyin edilən məhkəmə prosesi 2013-cü il mayın 6-dək təxirə salınıb.

Münhen məhkəməsi qarşısında keçirilən etiraz aksiyasında Azərbaycan (AzTV), türk (TRT, TGRT, Zaman qəzeti) və yerli medianın (NDR, Bild qəzeti) nümayəndələri də iştirak edib.

Qalereya




Teqlər:  





Xəbər lenti