Polislər bir günə 19 kiloqrama yaxın narkotik aşkarladılar

Polislər bir günə 19 kiloqrama yaxın narkotik aşkarladılar
  26 Mart 2024    Oxunub:687
Polis əməkdaşları ötən gün ölkə ərazisində 19 kiloqrama yaxın narkotik aşkarlayıblar.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də qanunsuz dövriyyədən çıxarılan və ümumi çəkisi 18,8 kiloqram olan narkotik vasitədən 4,3 kiloqramdan artığı heroin, 10,9 kiloqrama yaxını marixuana, 1,5 kiloqrama yaxını tiryək, 2,1 kiloqramdan çoxu metamfetamin, həmçinin 3613 ədədi isə metadon həbi olub.
AzVision.az



Teqlər:





Xəbər lenti