Avtobuslarda kart sistemi sınaqdan keçirilir
Nazirlik rəsmisi bildirib ki, avtobuslara baxış keçirilib və 500 avtobus dəqiqləşdirilib ki, ilkin olaraq onlara kart sistemi quraşdırılacaq.
“Ümumiyyətlə avtobuslarda kart sistemi may ayından başlayaraq tətbiq olunacaq”.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdi ki, mayın sonunadək Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq və vətəndaşların istifadəsinə veriləcək.
Anar