Dünyada nə qədər smartfon istifadəçisi var?

Dünyada nə qədər smartfon istifadəçisi var?
  29 İyun 2014    Oxunub:1370
“eMarketer” analitik şirkətinin araşdırmalarına görə, 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25 faiz artaraq təxminən 1,76 milyarda çatacaq.
Analitiklərin proqnozuna görə, 2017-ci ilədək artıq dünyada yaşayan insanların 33 faizi smartfonlardan istifadə edəcək.

Tədqiqata əsasən, smartfon istifadəçilərinin 951 milyonu Asiya-Sakit okean regionunun payına düşür. Avstraliyada ölkə əhalisinin 50 faizi 2013-cü ildə smartfondan istifadəyə başlamışlar. Koreya Respublikasında yaşayanların 50 faizi hələ 2012-ci ildən bu qurğulardan istifadəyə başlayıb.

Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci yerdədir. 2014-cü ildə onların sayı 521,7 milyon nəfər olacaqdır. 2018-ci ilədək Çin əhalisinin 50 faizi smartfonlardan istifadə edəcək.


Teqlər:





Xəbər lenti