Avropa Şurasının Yerevanda ofisi açılacaq

Avropa Şurasının Yerevanda ofisi açılacaq
  17 Aprel 2013    Oxunub:1374
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Avropa Şurasının baş katibi Turbern Yaqland Şuranın Yerevan ofisinin açılması ilə bağlı memorandum imzalayıblar.
İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında T. Yaqland bildirib ki, görüş zamanı Ermənistanın Şuraya sədrliyinin proqramı müzakirə edilib.

Qeyd edək ki, Ermənistan 12 ildir ki, qurumun üzvüdür.
Ö növbəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistanın bu müddət ərzində islahatlar, insan hüquqları , demokratiya və qanunu aliliyi sahəsində çox şey öyrəndiyini deyib.

Nalbandyan və Yaqland Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə ediblər.Şuranın baş katibi Nalbandyandan bu sahədə görülən işlər barədə ətraflı məlumat verməsini tələb edib. Müzakirələrin təfərrüatları barədə açıqlama verilməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti