Millinin baş məşqçi postuna namizədlərin siyahısı hazırdır

Millinin baş məşqçi postuna namizədlərin siyahısı hazırdır
  02 Aprel 2024    Oxunub:1043
AFFA-nın İşçi Qrupu milli komandanın baş məşqçisi postuna namizədlərin siyahısını tamamlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.

"Yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Əsasən bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq.Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Məşqçi yerli və ya əcnəbi ola bilər", - deyə AFFA prezidenti vurğulayıb.

Elnur Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti