Professor rejissoru məhkəməyə verdi

Professor rejissoru məhkəməyə verdi
  30 İyun 2014    Oxunub:1118
Türkiyəli rejissor, Kann film festivalının “Qızıl palma” mükafatı laureatı Nuri Bilge Ceylan məhkəməyə verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor Orxan Kural rejissorun “Qış yuxusu” filmində heyvanlara işgəncə verdiyini iddia edib və onunla bağlı məhkəməyə şikayət ərizəsi yazıb.

Orxan Kamal bildirib ki, filmdə ata işgəncə verilir, çaydan dartılaraq çıxarılır. Bundan başqa professor filmdəki dovşan ovu səhnələrini də tənqid edərək bununla ovçuluğun təbliğ edildiyini bildirib.

Professor onu da qeyd edib ki, Nuri Bilge Ceylanı məhkəməyə verməyinin səbəbi məşhurlaşmaq yox, tənələrdən qaçmaqdır: “Əgər mən onu məhkəməyə verməsəm deyəcəklər ki, Nuri Bilge Ceylana gücü çatmadı. Qoy görsünlər ki, ona da gücümüz çatır. Qoy onlara dərs olsun ki, heyvanlardan sui-istifadə etmək, onları öldürüb ovçuluğu dəstəkləmək düzgün deyil”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti