Badmintonçumuz 1/4 finala yüksəlib

Badmintonçumuz 1/4 finala yüksəlib
  11 Aprel 2024    Oxunub:840
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın Saarbrükken şəhərində keçirilən Avropa çempionatında kişilərin şəxsi yarışında 1/4 finala yüksəlib.
AzVision.az xəbər verir ki, ilk görüşdə bolqar rəqibi Dimitar Yanakievə 2:0 (21-10, 21-18) hesabı ilə qalib gələn Edi 1/8 finala yüksəlmək uğrunda Sloveniya badmintonçusu Miha İvançiçi mübarizədən kənarlaşdırıb – 2:0 (21-13, 21-13).

1/4 finala yüksəlmək üçün isə danimarkalı Maqnus Yohannesenlə qarşılaşan badmintonçumuz güclü rəqibi ilə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 2:1 (21-19, 12-21, 21-19) hesablı qələbə qazanıb.

O, yarımfinal uğrunda görüşdə fransalı Toma Junior Popovla qarşılaşacaq.

AzVision.az


Teqlər: idman   badminton   Avropa-çempionatı  





Xəbər lenti