Azərbaycan, Qazaxıstan və Rusiya birgə əməliyyat keçirdi: 63 nəfər tutuldu

   Azərbaycan, Qazaxıstan və Rusiya birgə əməliyyat keçirdi:    63 nəfər tutuldu
  13 Aprel 2024    Oxunub:906
Azərbaycan, Qazaxıstan və Rusiya sərhədçiləri ilə birlikdə aprelin əvvəlindən Xəzər dənizində 60-dan çox brakonyeri saxlayıblar.
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, aprelin 1-dən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin maraqlı dövlət orqanları, o cümlədən Rusiya və Azərbaycanın sərhəd qurumları ilə birlikdə Xəzər dənizində bioresursların mühafizəsi istiqamətində növbəti əməliyyat-profilaktiki tədbirlərini həyata keçirir.

Birgə tədbirlər başlayandan 39 kiçik gəmidə 63 qanun pozucusu saxlanılıb, 187 km brakonyerlik aləti (balıq torları - Qeyd) götürülüb.

İnzibati cərimələrin məbləği 3 milyon tengedən (6,6 min dollar) çox olub. 1041 nərə balığı, 14659 adi balıq və 63 suiti təbii mühitinə buraxılmışdır. Vurğulanıb ki, Xəzər dənizinin mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti