Narkotiklə tutulan şəxs axund imiş

   Narkotiklə tutulan şəxs axund imiş
  13 Aprel 2024    Oxunub:1068
Neçtçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Bakupost.az saytının yaydığı məlumata görə isə Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib. Faktla bağlı araşdırma davam edir.



AzVision.az



Teqlər:





Xəbər lenti