"Neftçi" ikinci pilləyə yüksəlib

"Neftçi" ikinci pilləyə yüksəlib
  13 Aprel 2024    Oxunub:989
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. "Neftçi Arena"da keçirilən görüş paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 1-ci dəqiqədə Brayan Moreno açıb. "Ağ-qaralar"ın heyətində 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. Matçın yekun nəticəsini 87-ci dəqiqədə avtoqol müəllifi olan İqor Ribeyro müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 47-yə yüksəldən "Neftçi" ikinci pilləyə yüksəlib. "Araz-Naxçıvan" isə 32 xalla səkkizinci yerdə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib.

Açılış oyununda ötən gün “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.

Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti