Prezidentdən 2 milyon manat

Prezidentdən 2 milyon manat
  18 Aprel 2013    Oxunub:1303
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Hacıqabul Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti