Bu matçla bağlı araşdırma başlayıb - VİDEO

   Bu matçla bağlı araşdırma başlayıb -    VİDEO
  15 Aprel 2024    Oxunub:894
Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən "İrəvan" - "Araz Saatlı"(1:4) matçı ilə bağlı araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə "CBC Sport"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

"Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra ətraflı məlumat verilə bilər”, - o bildirib.

Oyun alqı-satqısında şübhəli bilinən qarşılaşmanın videoicmalını təqdim edirik:

AzVision.az


Teqlər: idman   futbol   araşdırma  





Xəbər lenti