Gəncədə məktəblilər arasında dava, xəsarət alan var

   Gəncədə məktəblilər arasında dava,    xəsarət alan var
  16 Aprel 2024    Oxunub:593
Gəncədə 9-cu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.
Bu barədə AzVision.az - a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda baş verib.

Belə ki, Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ə.V sinif yoldaşı O.Q-nin ayaq hissəsinə kəsilmiş şüşə parçasıyla xəsarət yetirib. O.Q xəstəxanaya aparılıb, vəziyyəti normaldır.

Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, tezliklə məsələyə hüquqi qiymət veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti