Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB

   Hadı Rəcəbli vəfat edib -  YENİLƏNİB
  17 Aprel 2024    Oxunub:1295
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

**
Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib.

AzVision.az xəbər verir ki, məlumatı “Report”a mərhumun ailəsi təsdiq edib. O, bu gün 76 yaşında dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti