“Selfie” çəkdirməyin! - TƏHLÜKƏ

“Selfie” çəkdirməyin! - TƏHLÜKƏ
  01 İyul 2014    Oxunub:1154
“Selfi”yə aludə olmaq rəsmi şəkildə psixi pozğunluq sayılır. ABŞ Psixiatriya Assosiasiyasının alimləri bu qənaətə gəliblər.
Assosiasiya yeni xəstəliyi Çikaqoda “selifes” adı ilə təqdim edib.

Psixiatrların fikrincə, selifes özünə hörmət hissinin yoxluğunu kompensasiya etmək üçün daim öz şəkillərini çəkib sosial şəbəkələrdə yerləşdirmək arzusu ilə səciyyələnən obsessiv-kompulsiv pozğunluqdur.
Alimlər psixi pozğunluğun üç səviyyəsini müəyyən ediblər.

Birinci epizodikdir: insan gündə azı üç dəfə öz şəklini çəkir, amma sosial şəbəkədə yerləşdirmir.

İkincisi kəskindir: insan gündə azı üç dəfə öz şəklini çəkir və onları sosial şəbəkədə yerləşdirir.
Üçüncüsü xronikidir: insan fasiləsiz olaraq şəklini çəkmək və çəkdiyi şəkilləri azı altı saatdan bir internetdə yerləşdirmək istəyinə nəzarət edə bilmir.

Psixiatrlar bildirirlər ki, hazırda selifesin müalicəsi yoxdur. “Global Trend News” portalı istifadəçilərindən biri həmin xəbəri şərh edərkən problemin həlli ilə bağlı belə bir təklif vermişdir: bunun çıxış yolu mobil telefonu məhv etməkdir.


Teqlər:





Xəbər lenti