Keçmiş baş pediatrın intiharı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Hadisənin baş vermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
* * *
14:21
Azərbaycanın keçmiş baş pediatrı Nəsib Quliyev intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır: "Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Qeyd edək ki, Nəsib Quliyev tibb elmləri doktoru, professor olub.
AzVision.az
Teqlər: hadisə intihar baş-pediatr