Boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
  24 Aprel 2024    Oxunub:928
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatının 1/4 final qarşılaşmaları keçirilib.
AzVision.az xəbər verir ki, 63,5 kiloqramda Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibinə hər 3 raundda məğlub etməklə "Paris-2024" Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Yarımfinalda moldovalı Alexandru Parasçivə qarşı gücünü sınayacaq.

Ötən gün Alfonso Dominqes (92 kiloqram) də yarımfinalda iştirak hüququ qazanıb. Beləliklə, yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərimiz bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

AzVision.az


Teqlər: idman   boks   Avropa-çempionatı  





Xəbər lenti