Təhsil Nazirliyi TQDK-ya cavab verdi

Təhsil Nazirliyi TQDK-ya cavab verdi
  18 Aprel 2013    Oxunub:1950
4-cü sinif dərslikləri ilə bağlı Təhsil nazirliyi TQDK-ya cavab göndərib.
Respublikanın ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün istifadədə olan dərsliklərə dair yekun rəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi cavab göndərilib. TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin məlumat 4-cü siniflərə aid bölmədə yerləşdirilib. Təhsil Nazirliyinin IV sinif üzrə 13 dərsliklə bağlı göndərdiyi cavablar 2 hissədən ibarətdir. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. Bildirilib ki, Təhsil Nazirliyinin “Azərbaycan dili 4” və “Həyat bilgisi 4” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş iradlara münasibət bildirilib. Təhsil Nazirliyinin “Riyaziyyat 4” dərsliyinə göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində göstərilmiş irada münasibət bildirilməyib.

“Azərbaycan dili 4” dərsliyi üzrə verilən cavabda qeyd olunub ki, TQDK-nın rəyində qeydlər nömrələnməyib, iradlar qoyulmuş meyarlar üzrə düzgün qruplaşdırılmayıb. Nazirlik tərəfindən bəzi iradlar əsassız hesab edilsə də bəzi fikirlər qəbul edilib.

“Dərsliyin məzmunu baxımından bəzi rəylər ümumi şərh xarakteri daşıdığından və iradlar heç bir fakta əsaslanmadığından cavaba ehtiyac görülməyib. TQDK-nın qeydində rəyçilər bildirirlər ki, dərslikdə 102 mətn verilib. 20 mətn nəsr, 20-si mətn isə nəzm nümunəsidir. Bəs qalan 62 –si? Belə çıxır ki, qalanları dram əsəridir? Rəydəki qeydlərdə orfoqrafiya səhvi ilə bağlı heç bir irad göstərilmədiyi halda nəticədə qeyd olunur ki, “bir çox mətnlərdə…orfoqrafiya səhvləri çoxdur”. Bu ekspert şurasının qərəzli mövqedə durduğunu, nəyin bahasına olursa-olsun dərsliyə damğa vurmaq istəyini göstərir. Rəyçilər öz dil və üslublarına əl gəzdirsəydilər, daha yaxşı olardı. Ümumilikdə, “Azərbaycan dili 4” dərsliyi üzrə 72 tənqidi xarakterli qeyd verilib, onlardan 9-u qəbul edilib. Bunlar 34,42, 43, 65, 66, 67, 69, 70 və 115-ci səhifədəki səhvlər, “Yoldaşlıq köməyi” və “Nehrə” şeirlərinin müəllifinin qeyd edilməməsi ilə bağlı olan iradlardır”.

Həmin cavablarla daha ətraflı məlumat almaq üçün TQDK-nın rəsmi internet saytıan daxil ola bilərsiniz.

AzVision.az





Teqlər:





Xəbər lenti