İstefa verən nazir həbs olundu

   İstefa verən nazir həbs olundu
  26 Aprel 2024    Oxunub:843
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi dövlət torpaqlarını qanunsuz əldə etməkdə təqsirləndirilən aqrar siyasət və qida naziri Nikolay Solski barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə "Public. News" nəşri məlumat yayıb. Onun sözlərinə görə, nazir iyunun 24-dək həbsdə qalacaq. O, 1,89 milyon dollar girov müqabilində sərbəst buraxıla bilər.

Aprelin 23-də Ukrayna Milli Antikorrupsiya Bürosu hazırkı nazirin rəhbərlik etdiyi korrupsiya sxeminin iştirakçılarına qarşı ittiham irəli sürüb. Bildirilib ki, nazir ümumi sahəsi 2493 hektar olan dövlət torpağını 7,3 ​​milyon dollara zəbt edib.

“Strana” nəşri qeyd edir ki, Solski Ukrayna prezidentinin ofisinin keçmiş rəhbəri Andrey Boqdanın biznes tərəfdaşı olub. Solski özünü təqsirli bilmir və qeyd edir ki, iş hələ nazir olmadığı 2017-ci ildə baş vermiş hadisələrə aiddir.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı iclas üç gün davam edib. Aprelin 25-də Solski nazir vəzifəsindən istefa ərizəsini təqdim edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti