Bakıda 28 yaşlı qadın boğularaq öldürüldü - Ər saxlanıldı

   Bakıda 28 yaşlı qadın boğularaq öldürüldü -    Ər saxlanıldı
  05 May 2024    Oxunub:895
Mayın 5-də saat 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti