Şəkidə 68 yaşlı qadını maşın vurdu

   Şəkidə 68 yaşlı qadını maşın vurdu
  06 May 2024    Oxunub:712
Şəkidə piyadanı maşın vurub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, mayın 6-da saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti