Tibb Universitetində hicab qadağası ləğv olundu

Tibb Universitetində hicab qadağası ləğv olundu
  18 Aprel 2013    Oxunub:1626
Rusiyanın Sibir bölgəsindəki Krasnoyarsk Dövlət Tibb Universiteti hicaba qoyduğu qadağanı aradan qaldırıb.
Ria Novosti agentliyinin xəbərinə görə, bu barədə məlumatı Krasnoyarsk Şəhər Prokurorluğunda verilib. Hicablı tələbələrin Universitetə gəlib-getməsində heç bir əngəlin olmadığı qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə tələbələrin hicabla Universitetə gəlməsi təhsil hüquqlarına zidd olduğu üçün Universitet rəhbərliyi tərəfindən qadağan olunmuşdu.
Və buna görə, Universitetdə təhsil alan hicablı bir tələbə təhsil ocağından xaric edilmişdi.

Hicab qadağasının aradan qaldırılması üçün Prokurorluq tərəfindən aparılan hüquqi araşdırmaların nəticəsində, bu gün qadağa aradan qaldırılıb.

Universitet səlahiyyətliləri isə, məsələylə bağlı heç bir açıqlama verməyib.

AzVision.az



Teqlər:  





Xəbər lenti