Bakı dairəvi yolunun bir hissəsi təmir edilir

Bakı dairəvi yolunun bir hissəsi təmir edilir
  26 Aprel 2024    Oxunub:773
Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az -a bildirilib ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılıb.

Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.


AzVision.az



Teqlər:





Xəbər lenti