Maşın oğrusunun digər cinayətlərinin üstü açıldı

Maşın oğrusunun digər cinayətlərinin üstü açıldı
  27 Aprel 2024    Oxunub:898
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti