Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

   Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
  30 Aprel 2024    Oxunub:1202
Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-də yola düşəcək.
Qafqaz Müsəlmanları İdarəsindən AzVision.az -a verilən məlumata görə, sonuncu qrupun isə iyunun 10-da yola salınması nəzərdə tutulur.

Bildirilib ki, Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dollardır. Ziyarət vahid formada - hava nəqliyyatı ilə həyata keçiriləcək.

AzVision.az


Teqlər: Həcc-ziyarəti   QMİ   açıqlama  





Xəbər lenti