Ölkədə yağıntılı hava şəraiti davam edir
Sarıbaşda (Qax) saat 16:38-16:40 radələrində və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 mm dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az