Qants: "İşimizi atəşkəslə yarımçıq qoya bilmərik"

      Qants:    "İşimizi atəşkəslə yarımçıq qoya bilmərik"
  26 Noyabr 2024    Oxunub:251
"İsrail və "Hizbullah" arasında gözlənilən atəşkəs razılaşması işin yarısıdır. "Hizbullah"a qarşı müdaxilə azadlığımızı qorumalıyıq".
Bu sözləri İsrailin Milli Birlik Partiyasının sədri, sabiq ordu generalı Benni Qants "X" hesabında yazıb. O vurğulayıb ki, sözügedən atəşkəs planı Livan "Hizbullah"ına qarşı dərhal cavab imkanını aradan qaldırır.

"Bu yolverilməzdir. Əvvəlcə komitəyə hesabat vermək, yalnız ondan sonra tədbir görmək fikri kökündən yanlışdır. "Hizbullah" o müddət ərzində kəşfiyyat mənbələrimizi sıradan çıxara və döyüş vasitələrini hərəkətə gətirə bilər. Müvəqqəti atəşkəs terrorçulara fayda gətirəcək: geri çəkilən "Hizbullah" yenidən güc toplayıb hücuma keçə bilər", - Qants bildirib.

Sabiq hərbçi diqqətə çatdırıb ki, "İsrail indiyədək çox itki verib".
Ben-Qvir: "Hizbullah"la atəşkəs ciddi səhvdir"

"Bir ildən artıqdır ki, şimalda yaşayan sakinlərimiz öz yurd-yuvasından didərgin düşüb. Sərhədboyu kəndlərdə yaşayanlar sığınacaqlarda məskunlaşıblar. Belə şəraitdə atəşkəs işi yarımçıq qurtarmaq deməkdir. Şimaldakı vəziyyəti kökündən dəyişdirmək naminə tutarlı razılaşmaya ehtiyac var", - o yazıb.

Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi müşaviri Emos Hokşteynin vasitəçiliyi nəticəsində "Hizbullah" və Livan İsraillə atəşkəsə razılıq veriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   atəşkəs   etiraz  





Xəbər lenti