Kosta-Rika ilə gimnastika üzrə memorandum imzalanıb

Kosta-Rika ilə gimnastika üzrə memorandum imzalanıb
  06 May 2024    Oxunub:1460
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) AzVision.az -a verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kosta-Rika Gimnastika Federasiyasının prezidenti Vilyareal Quadamus İvet Lorena tərəfindən imzalanıb.

Bildirilib ki, əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

AGF daha əvvəl Monteneqro, Kuba və Hindistanın müvafiq federasiyaları ilə anlaşma memorandumu imzalayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Kosta-Rika   gimnastika  





Xəbər lenti