BTQ-nin modernləşdirilməsi başa çatıb

   BTQ-nin modernləşdirilməsi başa çatıb
  08 May 2024    Oxunub:816
Azərbaycanın sərmayəsi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bir neçə gün bundan əvvəl tam başa çatıb.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radev ilə mətbuata bəyanatında deyib.

Bu dəmir yolunun ötürmə qabiliyyətinin bir neçə dəfə artırıldığını vurğulayan dövlət başçısı qeyd edib: “Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş bu layihə bu gün imkanları genişləndirilmiş şəkildə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti üzrə və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək”.

AzVision.az



Teqlər:





Xəbər lenti