Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk
  08 May 2024    Oxunub:922
2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 15-i saat 11:00-dan mayın 22-si saat 11:00-dək davam edəcək.

Bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak üçün namizədlər “ASAN Login” əldə etdikdən sonra https://azvision.az/redirect.php?url=http://www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti