Füzuli Ələkbərov taciklərlə görüşüb

Füzuli Ələkbərov taciklərlə görüşüb
  18 Aprel 2013    Oxunub:2191
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən əsaslı sosial-iqtisadi islahatlar, eyni zamanda sosial təminat sisteminin təkmilləşdirilməsi, icra olunan mühüm sosial proqramlar, çoxşaxəli sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə qonağa ətraflı məlumat verib.

Həmçinin sosial tərəfdaşlar, beynəlxalq qurumlar və müxtəlif ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlıq müstəvisində görülən işləri və əldə olunan nailiyyətləri qeyd edən nazir Fizuli Ələkbərov Azərbaycanla Tacikistan arasında inkişaf etməkdə olan əlaqələrin hər iki nazirlik arasında əməkdaşlıq üçün də yaxşı imkanlar yaratdığını deyib.

Səmimi qarşılanmaya görə öz minnətdarlığını bildirən Tacikistan nümayəndə heyətinin rəhbəri, Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Emin Sanqinov nazirliyin fəaliyyət sahələri barədə məlumat verib, Azərbaycanla əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qeyd olunub ki, iki nazirlik arasında əməkdaşlığın qurulması məqsədi ilə «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş»in layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında ümumiləşdirilmiş şəkildə Tacikistan tərəfinə təqdim edilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə göndərilib.

Görüşdə hər iki nazirliyin fəaliyyət sahələrinə aid məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.


Teqlər:  





Xəbər lenti