Cümə günü iş olmayacaq

Cümə günü iş olmayacaq
  03 İyul 2014    Oxunub:1124
Kolumbiya prezidenti Xuan Manuel Santos cümə gününü istirahət günü elan edib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb məhz həmin gün Kolumbiya millisinin Dünya Çempionatında Braziliya millisi ilə qarşılaşmasıdır.

“Mən bütün dövlət qulluqçularına bildirmək istəyirəm ki, imzalanan sərəncama əsasən cümə günü dövlət bayramı hesab olunur. Bu qərar insanların futbola baxması üçün qəbul olunub”, -deyə ölkə rəhbəri bildirib.

Qeyd edək ki, Braziliya – Kolumbiya qarşılaşması iyulun beşi Bakı vaxtilə 01:00-da başlayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti