Şimali Koreya ABŞ-a şərt qoydu

Şimali Koreya ABŞ-a şərt qoydu
  18 Aprel 2013    Oxunub:1238
Şimali Koreya ona qarşı sanksiyaların ləğvini tələb edir
Şimali Koreyanın Milli Müdafiə Komissiyası Ağ Evin qarşısında bir neçə şərt qoyub. Pxenyan məhz bu şərtlər yerinə yetirildikdən sonra Vaşinqtonla danışıqlara başlamağa razılıq verəcək.

Sözügedən şərtlərə əsasən BMT, KXDR-ə qarşı sanksiyalarını ləğv etməli və ABŞ və Cənubi Koreya ilə birgə hərbi təlimlərdən imtina etməlidir. Rəsmi Pxenyan BMT-nin ölkəsinə qarşı irəli sürdüyü sanksiyaların ədalətsiz olduğunu iddia edir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ, nüvə silahı istehsalını dayandırması şərtilə Şimali Koreyaya danışıqlar masası arxasına keçməyi təklif etmişdi.

Onu da qeyd edək ki, son bir neçə həftə ərzində Şimali Koreya dəfələrlə Cənubu Koreyanı və ABŞ-ı nüvə zərbəsi endirməklə hədələyib. Bununla yanaşı Pxenyanın ballistik raket buraxmağa hazırlaşdığı bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti