Azərbaycan apreldə OPEC kvotasını 86,4 % istifadə edib

Azərbaycan apreldə OPEC kvotasını 86,4 % istifadə edib
  16 May 2024    Oxunub:804
Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.
AzVision.az -ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,4 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

AzVision.az



Teqlər:





Xəbər lenti