Bu il pensiya ödənişlərinə 2 milyarddan çox vəsait yönəldilib

Bu il pensiya ödənişlərinə 2 milyarddan çox vəsait yönəldilib
  16 May 2024    Oxunub:1202
Cari ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 mln. manat) çox olmaqla 2 mlrd. 152 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 4 ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti