Güləş üzrə yığmamız Avropa çempionu olub

Güləş üzrə yığmamız Avropa çempionu olub
  22 May 2024    Oxunub:1346
Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
AzVision.az xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxışı ilə tarixi nəticəyə imza atıb.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Analoji yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini həyata keçirən Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla III yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.

AzVision.az


Teqlər: idman   güləş   çempion  





Xəbər lenti