Türk dünyasının ilk ortaq film layihəsi ilə bağlı görüş keçirilib

Türk dünyasının ilk ortaq film layihəsi ilə bağlı görüş keçirilib
  22 May 2024    Oxunub:2115
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, türk respublikalarının birgə iştirakı ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii film çəkiləcək.
Mədəniyyət Nazirliyindən AzVision.az -a bildirilib ki, mayın 22-də nazirlikdə film layihəsinin hazırlıq prosesi ilə əlaqədar görüş keçirilib.

Görüşdə TÜRKSOY-un baş katibi Sultan Raev, filmin quruluşçu rejissoru Xalq artisti Vaqif Mustafayev və digər qonaqlar iştirak ediblər.

Sultan Raev qeyd edib ki, filmin çəkilişləri yaxın aylarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılacaq. Ekran əsəri qardaş türk xalqları arasında kinematoqrafiya sahəsində körpü rolunu oynayacaq.

Nazir filmin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə TÜRKSOY-a və qurumun baş katibinə təşəkkürünü bildirib. Türk dünyasından tanınmış aktyorların iştirakı ilə layiqli ekran işinin çəkiləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının ötən ilin oktyabrında Şuşada keçirilən 40-cı iclasında qardaş respublikaların dəstəyi ilə "Molla Nəsrəddin. Çətin günlərimin dostu" adlı tammetrajlı bədii filmin birgə istehsalı qərara alınıb.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   TÜRKSOY   film  





Xəbər lenti