"Azərbaycan öz ərazisində bütün logistika layihələrini başa çatdırıb"

  "Azərbaycan öz ərazisində bütün logistika layihələrini başa çatdırıb"
  23 May 2024    Oxunub:833
Azərbaycan və Tacikistan Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirib.
AzVision.az -ın məlumatına görə bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib:

“Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti