Mehriban Əliyeva çüdoçumuzu çempionluq münasibətilə təbrik edib

   Mehriban Əliyeva çüdoçumuzu çempionluq münasibətilə təbrik edib
  23 May 2024    Oxunub:1263
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə "Instagram" hesabında təbrik ünvanlayıb.
AzVision.az təbriki diqqətə çatdırır:

"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!"

AzVision.az


Teqlər: Mehriban-Əliyeva   çempion   təbrik  





Xəbər lenti