Mərkəzi Bankı mənfəətindən büdcəyə vəsait köçürəcək

Mərkəzi Bankı mənfəətindən büdcəyə vəsait köçürəcək
  24 May 2024    Oxunub:1366
Dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı, onun yenilənmiş proqnozlarına əsasən, gəlirlərinin artırılması, təsdiqlənmiş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulub.
Maliyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu çərçivədə Azərbaycan Mərkəzi Bankı mənfəəti hesabına büdcəyə 250 mln.manat köçürəcək.

AzVision.az


Teqlər: dövlət-büdcəsi  





Xəbər lenti