Məktəblərdə yoxlamalar davamlı aparılacaq

   Məktəblərdə yoxlamalar davamlı aparılacaq
  27 May 2024    Oxunub:921
Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd isə məktəblərə nizam-intizamın qaytarılmasıdır.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır:

“Əsas odur ki, məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu, daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır.

Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk”.

AzVision.az


Teqlər:





Xəbər lenti